Gədəbəy Rayon İcra Hakimiyyəti məhkəmə qərarına əməl etmir

Gədəbəy Rayon İcra Hakimiyyəti məhkəmə qərarına əməl etmir


Gədəbəydə fəaliyyət göstərən sahibkar, Plankənd sakini Oqtay Əliyev rayon rəhbərliyinin onun biznesinə mane olması ilə bağlı çərşənbə günü Beynəlxalq Mətbuat Mərkəzində (BMM) mətbuat konfransı keçirib. O. Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə 2013-cü ildə bağladığı müqavilə əsasında 5 il müddətinə istifadəsinə verilən Qalakənd meşə zolağında turizm məqsədilə tikintiyə başlayıb.

Bununla bağlı sahibkar rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun müavini Qüdrət Paşayevdən razılıq da alıb.
Onun sözlərinə görə, tikinti 2014-cü ilin iyulunda qurtarmaq ərəfəsində İcra Hakimiyyətinin nümayəndələri işi dayandırıb, daha sonra obyektin bir hissəsini sökdürüblər. Sahibkarın fikrincə, İcra Hakimiyyətinin bu məsələdə başqa marağı olub. Ərazinin nazirliyin balansında olduğunu deyən sahibkar bunun İcra Hakimiyyətinə hər hansı aidiyyatının olmadığını bildirib.

O.Əliyev qeyd edib ki, iylun 23-də obyektə polisin müşayiətilə olan basqında bina tamamilə uçurdulub. Bundan sonra O.Əliyev məhkəmələrə müraciət edib. Bu ilin fevralında Gəncə İnzibati-İqtisadi Məhkəməsində Gədəbəy Rayon İcra hakimiyyətinə qarşı iddia qaldırıb və məhkəmə İcra Hakimiyyətinin sahibkara dəyən ziyana görə 66 min 626 manat kompensasiya ödəməsi haqda qərar çıxarıb.

Sahibkara görə, sonra R.Yediyarovun adamları İnzibati-İqtisadi Məhkəmənin qərarından Gəncə Apellyasiya Məhkəməsinə şikayət veriblər və İnzibati-İqtisadi Məhkəmənin qərarı ləğv edilib. O.Əliyev qeyd edib ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Gəncə Apellyasiya Məhkəməsinin qərardadını ləğv edib. Buna baxmayaraq, Gədəbəy Rayon İcra Hakimiyyəti nəinki kompensasiya ödəməyib, əksinə özbaşınalığını əvvəlki kimi davam etdirir.

Son olaraq sahibkar ölkə rəhbərliyinə müraciət edərək hüquqlarının bərpa edilməsində yardımçı olmasını xahiş edir.-



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1452 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...