"Bütün qaçqınlar doğma yerlərinə qayıtmalıdır" - İqor Popov

"Bütün qaçqınlar doğma yerlərinə qayıtmalıdır" -


Bütün qaçqınlar və yerini dəyişmiş insanlar öz doğma evlərinə qayıtmalıdır. Trend-in məlumatına görə, bunu ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov Azərbaycanın Dağlıq Qarabağ regionunun Azərbaycan icmasının nümayəndələrilə görüşdə deyib.

Həmsədr bildirib ki, bu məsələni Ermənistan və Azərbaycanda müzakirə etmişik: "Bəli, müəyyən fikir ayrılıqlarımız var. Lakin Dağlıq Qarabağ münaqişəsinin həllində biz birik. Biz işləyirik və bu iş asan deyil, lakin işləməyə davam edəcəyik. Tərəflər razılığa gələndə nəticə olacaq. Qərarı təkcə biz vermirik".

İ.Popovun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin görüşmək niyyəti var. O ümid etdiyini bildirib ki, ilin sonuna bu görüş baş verəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
995 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...