"ASAN" xidmət sahibkarlara lisenziyaları noyabrın 2-dən verəcək

"ASAN" xidmət sahibkarlara lisenziyaları noyabrın 2-dən verəcək

Azərbaycanda "ASAN" xidmət vasitəsi ilə müddəti bitmiş, yaxud vaxtı ötmüş lisenziyaların verilməsinə noyabrın 2-dən başlanılacaq.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov deyib.

S.Məmmədov hazırda lisenziyaların verilməsi ilə əlaqədar təmsil etdiyi Nazirliyin işçilərinə bəzi təlimlər keçirildiyini açıqlayıb: "Bilirsiniz ki, "ASAN" xidmətin işçilərlə bağlı xüsusi tələbləri var. Bu baxımdan biz öz işçilərimizə təlimlər keçirik. Tezliklə lisenziyaların verilməsinə başlanılacaq".

"Müddəti bitmiş yaxud vaxtı ötmüş lisenziyaların verilməsinə noyabrın 2-dən başlanılacaq. Yeni müraciət edən sahibkarlar isə tələsməsinlər, onların da müraciəıtlərinə tezliklə baxılacaq. Lisenziyaları Bakıda 5 saylı "ASAN" Xidmət Mərkəzi və regionlardakı "ASAN" xidmət mərkəzləri verəcək", - deyə nazir müavini vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1155 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...