Dönərxanalarda aparılan yoxlamalar da dayandırıldı

Dönərxanalarda aparılan yoxlamalar da dayandırıldı

Dönərxanalarda planlı yoxlamaların aparılması dayandırılıb. Bunu Trend-ə açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası Bölməsinin müdiri İmran Abdullayev deyib.

Onun sözlərinə görə, bundan sonra dönərxanalarda yoxlamalar yalnız əhalinin şikayəti əsasında aparılacaq: “Prezident İlham Əliyev sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə bağlı fərman verib. Bu fərmana uyğun olaraq, dönərxanalarda aparılan planlı yoxlamaları dayandırmışıq. İndi yeni qanun layihəsi işlənib hazırlanıb. Bundan sonra yoxlamaların hansı istiqamətdə, necə aparılması ilə bağlı qərar olsa, digər dövlət orqanları kimi biz də həmin qaydada hərəkət edəcəyik. Bundan sonra yalnız istehlakçıların müraciəti əsasında yoxlamalar aparılacaq. Yoxlamalar qanunvericiliyin tələblərinə uyğun aparılacaq”.

Qeyd edək ki, oktyabrın 19-da prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
947 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...