"Azərenerji"də maaşların gecikməsi "Azərişıq"dan asılıdır"

 "Azərenerji"də maaşların gecikməsi "Azərişıq"dan asılıdır"


Energetika naziri Natiq Əliyev "Azərenerji" ASC-də əmək haqlarının gecikdirilməsinə bildirib.

"APA-Economics"in xəbərinə görə, nazir deyib ki, bu proses yığımlardan asılıdır ki, buna da "Azərişıq" nəzarət edir: "Bilirsiniz, "Azərenerji"nin fəaliyyəti elektrik enerjisinin istehlakından əldə olunan vəsaitlərdən asılıdır. Elektrik enerjinin vəsaitləri vaxtlı-vaxtında gəlmir.

O yığımlar asılıdır “Azərişıq”dan. Yəni, “Azərişıq” elektrik enerjisinin pulunu yığır və daha sonra “Azərenerji”yə köçürür. “Azərenerji” isə bu vəsaitləri istifadə edir işçilərin maaşına, nəqliyyat və digər xərclərə. Bu, zəncirvari prosesdir. Əgər “Azərişıq” vaxtlı-vaxtında, tam şəkildə “Azərenerji”yə pulu verirsə, burada heç bir problem olmur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
924 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...