Yeni kartlardan harada istifadə etmək olar?

Yeni kartlardan harada istifadə etmək olar?


“Avqustun 8-dən etibarən Bakı Metropoliteni stansiyasına daxil olmaq üçün vahid ödəniş kartı kimi "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartların istifadəsinə başlanılacaq”.

Bunu AzVision.az-a açıqlamasında "Bakıkart" layihəsinin rəhbəri Ceyhun Əliyev deyib. Onun sözlərinə görə, ilkin mərhələdə "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarından "BakuBus" MMC-yə məxsus avtobuslarda və Bakı metropolitenində gediş haqqının ödənişi üçün istifadə ediləcək:

- "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarını bütün stansiyaların vestibüllərində və "BakuBus" MMC-yə məxsus marşrutların Bakıdakı dayanacaqlarda quraşdırılmış yeni terminallardan əldə etmək olar”.

Gələcəkdə digər avtobuslarda da “BakıKart”dan istifadə olunmasına gəlincə, C.Əliyev bildirib ki, vahid ödəniş kart sisteminin genişləndirilməsi planlaşdırırlır: “Amma bu layihənin nə zaman olacağı barədə dəqiq bir məlumat verə bilməyəcəm. Gələcəkdə bu da olacaq”. Qeyd edək ki, yeni kartları Türkiyə şirkəti istehsal edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1219 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...