Bakıda 57 nəfəri gün vurdu

Bakıda 57 nəfəri gün vurdu


“May ayından bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 57 nəfər müraciət edib”. Bunu APA-ya Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası baş həkiminin müavini Oqtay Şahmalıyev deyib.O. Şahmalıyevin sözlərinə görə, günvurma diaqnozu ilə müraciət edənlərdən 19 nəfəri xəstəxanaya yerləşdirilib.

Baş həkimin müavini bildirib ki, müraciət edənlərin əksəriyyəti orta yaşlıdır: “Günvurma daha çox azyaşlılara və yaşlı insanlara pis təsir edir”. O. Şahmalıyev qeyd edib ki, günvurma ilə bağlı ölüm faktı qeydə alınmayıb. Qeyd edək ki, Səhiyyə Nazirliyinin açıqladığı məlumata görə, havaların isti keçməsi ilə əlaqədar olaraq may ayından etibarən iyulun 9-dək Bakı Şəhər Təcili Tibbi Yardıma günvurma diaqnozu ilə müraciət edənlərin sayı 26 nəfər olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1320 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...