Azərbaycan-Gürcüstan sərhəddində gərginlik

Azərbaycan-Gürcüstan sərhəddində gərginlik


Gürcüstan-Azərbaycan sərhəd-keçid məntəqəsində yenidən sıxlıq yaranıb.

BAKU.WS-in məlumatına görə, sıxlıq Azərbaycandan Gürcüstan tərəfə keçmək istəyənlərin saatlarla gözləməsinə səbəb olub. Narazı kütlə Gürcüstandan Azərbaycana keçmək üçü 3 dəqiqənin kifayət etdiyini bildirir. Ancaq Azərbaycandan Gürcüstana keçidin niyə bir neçə saat uzandığı insanlarda sual doğurub. Hazırda da gömrük keçid məntəqəsində sıxlıq müşahidə olunur.

Xatırladaq ki, bir müddət öncə də analoji hadisə baş vermişdi. Belə ki, Ramazan Bayramı ərəfəsində Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü” gömrük postunda turistlərin və sərnişinlərin qonşu ölkəyə keçidində müəyyən qədər sıxlıq müşahidə olunmuşdu. Növbələrin yaranmasından sonra aidiyyatı orqanlar məsələyə qarışaraq sıxlığın aradan qaldırılmasına nail olmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1141 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...