Vasim Məmmədəliyev: “Azərbaycanda radikal dini cərəyanlarla bağlı real təhlükə yoxdur”

Vasim Məmmədəliyev: “Azərbaycanda radikal dini cərəyanlarla bağlı real təhlükə yoxdur”


“Azərbaycanda radikal dini cərəyanlarla bağlı real təhlükə görmürəm”. APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev deyib.

V. Məmmədəliyev bildirib ki, radikal dini cərəyanlarla mübarizə sahəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və QMİ-nin gördüyü işləri yüksək dəyərləndirir: “Radikallarla mübarizə o demək deyil ki, əlinə çomaq almalısan. İnsanları mənəvi cəhətdən qane etmək lazımdır ki, onların tutduqları yol düzgün deyil. İslam dini orta yolu seçən din hesab olunur. “Qurani-Kərim”də də müsəlmanlar orta bir ümmət, yəni müvazinəti gözləyən bir ümmət olaraq vəsf edilir. Təbii ki, Azərbaycanda radikal dini cərəyanlarla mübarizə sahəsində iş görülür. Mən özüm şeyxülislam Allahşükür Paşazadə və Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə, eləcə də din xadimləri ilə bir neçə rayonda olmuşam. Bütövlükdə görülən işi müsbət qiymətləndirirəm. Amma bu elə işdir ki, bir günün içərisində dönüş ola bilməz, təkamül yolu ilə bu mübarizəni davam etdirməliyik, heç bir çətinlikdən qorxmaq lazım deyil. İnsanları mənəvi cəhətdən başa salmaq lazımdır ki, tutduqları yol düzgün deyil”.

Azərbaycanda radikal dini cərəyanlarla bağlı real təhlükə görmədiyini söyləyən V. Məmmədəliyev qeyd edib ki, dövlət çox güclüdür: “İkincisi, o adamlarda radikallıq olsa da, bu, dini nöqteyi-nəzərdəndir. Onlarda hər şeyə qarşı radikallıq yoxdur. Bu radikallıq da yavaş-yavaş, tədricən insanlardan gedə bilər. Bunun üçün də maarifləndirməni gücləndirmək lazımdır. Bu sahədə QMİ-nin, Dövlət Komitəsinin, KİV-in də üzərinə böyük vəzifə düşür. Bu qurumlar əl-ələ verib işləyirlər, nəticəsi də yaxşı olacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1698 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...