Azərbaycan Afrikaya bir milyon ayıracaq
Yaşar Əliyev: "Biz yaxşılığı unutmuruq". Azərbaycan hakimiyyəti Ebola virusundan əziyyət çəkən ölkələrin iqtisadiyyatının bərqərar olması üçün bir milyon dollar vəsait ayırır. ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycan respublikasının BMT-dəki daimi üzvü Yaşar Əliyev BMT radiosuna müsahibəsində deyib.
Yaşar Əliyev- Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatındaki Daimi nümayəndəsi - “Əvvəllər Azərbaycanın müstəqilliyinin bərpa olunması dövründə biz böyük problemlə üzləşdik. Ermənistanla münaqişə nəticəsində bir milyon qaçqın- bu (problem) indiyədək mövcuddur, lakin əsaslı şəkildə yüngülləşdirilib. O zaman beynəlxalq ictimaiyyət Azərbaycana kömək etmişdi. Bu bizim yaddaşlarımızdadır və unutmuruq. Azərbaycan nə vaxtsa resipient ölkədən bu gün fəal donor ölkəyə çevrilir. Biz yaxşılığı unutmuruq və buna eyni cavab vermək istəyirik”- deyə Yaşar Əliyev müsahibəsində bildirib.
Qeyd edək ki, bu gün BMT baş qərərgahında Eboladan əziyyət çəkən ölkələr üçün vəsait yığımı üçün keçirilən Beynəlxalq konfrans başa çatıb. Konfrans çərçivəsində Qvineya, Liberiya və Siyerra-Leon prezidentlərinin BMT-nin baş katibi ilə görüşü olub. Konfrans çərçivəsində virusdan ən çox ziyan görən bu üç ölkəyə 3,4 milyard pul ödənməsi qərarı alınıb.
Konfransda çıxış edən BMT inkişaf proqramının rəhbəri Helen Klark “Əliaçıqlığınıza görə təşəkkür edirəm” deyərək vəsait ödəyən ölkələrə minnətdarlığını bildirib. Yığılan pul çərçivəsində Qvineya, Liberiya və Siyerra-Leonda tibbi sistemə, təhsil, su təchizatı, vətəndaşların işlə təmin olunması və s. kimi vacib sahələrə yönələcək.
1148 dəfə oxundu