"ATƏT PA Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərəcək"

"ATƏT PA Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərəcək"


ATƏT Parlament Assambleyasının (PA) müşahidə missiyasının noyabr ayında Azərbaycanda keçiriləcək seçkilərdə iştirakı ilə bağlı müsbət qərar verilib.

Bunu APA-ya açıqlamasında Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Azay Quliyev deyib.

A. Quliyevin sözlərinə görə, Azərbaycan tərəfdən göndərilmiş dəvət məktubuna qurumun sessiyası çərçivəsində baxılıb: “ATƏT PA-nın nümayəndə heyəti müşahidə missiyası qismində parlament seçkilərində iştirak edəcək".

Qeyd edək ki, Milli Məclisin sədri Oqtay Əsədov iyunun 18-də ATƏT PA-nın prezidentinə noyabrda Azərbaycanda keçiriləcək parlament seçkilərində qurumun müşahidə missiyasının iştirakı ilə bağlı dəvət məktubu göndərib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1227 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...