Lənkəranın məşhur “Nənələr” folklor qrupunun üzvlərindən biri dünyasını dəyişib - FOTO

Lənkəranın məşhur “Nənələr” folklor qrupunun üzvlərindən biri dünyasını dəyişib -


Lənkəran rayonunun Separadi kəndində fəaliyyət göstərən məşhur “Nənələr” folklor qrupunun üzvü Xanbibi Əzimova bu gün 79 yaşında dünyasını dəyişib.

APA-nın cənub bürosunun məlumatına görə, mərhum kənd qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, “Nənələr” folklor qrupu 1970-ci ildə yaradılıb. Qrup 1997-ci ilə kimi “Bacılar” adı ilə fəaliyyət göstərib. Repertuarında Azərbaycan və talış dillərində 100-dən çox bayatı və el nəğməsi olan 6 nəfərlik kollektivin mahnı və rəqslərimizin qorunub saxlanmasında, onların gələcək nəsillərə çatdırılmasında xidmətləri olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1308 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...