İyunda Azərbaycan dünyaya Rusiya nefti satmayıb

İyunda Azərbaycan dünyaya Rusiya nefti satmayıb


Dövlət Neft Şirkəti iyunda Rusiya vasitəsilə dünya bazarlarına neft tədarük etməyib. Bu barədə SOCAR məlumat yayıb.

2015-ci ilin I yarısında Azərbaycan Novorossiysk limanından 678,046 min ton neft ixrac edib. Bu, ötən ilin eyni dövründəkindən 33,4% çoxdur. SOCAR-da Turan-a deyiblər ki, bu, statistic artımdır. Reallıqda ilin əvvəlindən Rusiya istiqamətində ixrac artımı olmayıb. Məsələ burasındadır ki, ötən ilin sonunda neft ixracının bir partiyası 2015-ci ilin yanvarına sənədləşdirilib. SOCAR-ın məlumatına görə, iyunda Brent neftinin barreli dünya bazarında $61,69, Urals – $62,51, BTC FOB Ceyhan – $62,73 olub. 2014-cü ildə Novorossiysk limanından 932,155 min ton SOCAR nefti yüklənib. Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1398 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...