Bakı sakini üç tanışına 255 min manat “atdı”

Bakı sakini üç tanışına 255 min manat “atdı”


Bakıda 3 nəfər qarşı dələduzluq edən şəxs barəsində cinayət işi başlanıb. APA-nın məlumatın görə, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Tərlan Kərim oğlu Hüseynov etibardan sui-istifadə edərək, həmyerliləri 1963-cü il təvəllüdlü Qəzənfər Atlıxan oğlu Camalov, 1964-cü il təvəllüdlü Bayramağa Səftər oğlu Camalov və 1964-cü il təvəllüdlü Ağaqardaş Məmmədxan oğlu Camalovun hər birindən 85 min manat alaraq qaytarmayıb.

Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320 (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1609 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...