Azay Quliyev məsələ qaldırdı: 300 minə yaxın şikayət...

Azay Quliyev məsələ qaldırdı:


“Bu gün banklarla bağlı olan vəziyyət hamını narahat edir. Maliyyə Bazarlarına Nəzarət Palatası bununla bağlı kifayət qədər addımlar atır. Ancaq bu sahədə kifayət qədər həssaslıq var”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.

Deputatın sözlərinə görə, statistikaya baxsaq, görərik ki, keçən il 700 minə qədər məhkəmə işi olub.

“Bu işlərin isə 40 faizi banklarla bağlıdır. Buradan da görünür ki, banklarla bağlı proses çox ciddi şəkildə məhkəmələrə yönləndirilir. Bu faizi hesablasaq, təxminən 300 minə yaxın şikayət deməkdir. Biz bu prosesi məhkəmələrə qədər müəyyən mənada tənzimləsək, həm də ictimai nəzarət mexanizmini şəffaf edə bilsək, məncə məhkəmələrə müraciətlərin sayı da azala bilər”.
Azay Quliyev hazırda qeyri-bank kredit təşkilatları ilə bağlı da ciddi məsələlərin olduğunu vurğulayıb.

“Qeyri-bank kredit təşkilatlarından da eynilə banklardan olduğu kimi məhkəmələrə şikayətlər daxil olur. Mən istəyərdim ki, gələcəkdə də bu məsələyə diqqət ayrılsın”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1068 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...