Yumurta ucuzlaşırsa, toyuq ətinun qiyməti niyə düşmür?

Yumurta ucuzlaşırsa, toyuq ətinun qiyməti niyə düşmür?


Nazirlər Kabinetinin (NK) 1 yanvar 2017-ci ildən qüvvəyə minən qərarı ilə Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu tətbiq edilir.

Müəyyənləşdirilən yeni və yüksək gömrük rüsumlarından sonra ölkədə quş əti və yumurtanın sürətli şəkildə ucuzlaşacağı gözlənilirdi. Hər nə qədər ekspertlər qərarın əks effekt verəcəyini bildirsələr də, rəsmilər bununla razılaşmırdı.

Amma bu gün müşahidə edilən qiymətlər gözlənilənlərin özünü doğrultmadığını, bütün sahələrdə olduğu kimi, quş əti istehsalında da bahalaşmanın olduğunu deməyə əsas verir.


“Quş əti istehsalı üçün hər şey ixdal edilir”

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev məsələ ilə bağlı Modern.az-a danışarkən bu fikirlərlə razılaşmayıb:

“Quş əti istehsalı üçün lazım olan avadanlıqlar, baytarlıq pereparatları, yem, soya, günəbaxan, buğda, yem əlavələri və s.-nin hamısı xaricdən alınır. Ölkədə baş verən devalvasiyalar alınan məhsulların qiymətinin iki dəfədən çox bahalaşmasına səbəb olub. Bu gün istehsal edilən quş ətinin maya dəyəri 4 manatdır. Elə 4 manata da satırıq. Daha mağazalar neçəyə satır, biz ona cavabdeh deyilik. Biz topdan, mağaza isə pərakəndə satış həyata keçirir”.

“Yumurta ucuzlaşıb 8 qəpik oldu”

İdxal məhsullar üçün gömrük rüsumları ilə bağlı qərarın bazara təsirlərinə gəlincə, A.Vəliyev deyib ki, manat ucuzlaşmasaydı, qiymətlər ucuzlaşacaqdı:
“Manat stabil qalsaydı, əlbəttə müsbət yöndə təsirləri olacaqdı. Amma devalvasiya oldu və biz xammalı xaricdən dollarla alırıq. Təsəvvür edin, mal əti 12 manata, quş əti 4 manatadır. Amma heç mal ətinin niyə bahalaşdığından yazmırsınız.
Bundan başqa, bu gündən etibarən yumurtanın qiyməti də ucuzlaşıb. Yumurtanın topdansatış qiyməti 8 qəpikdir. Amma mağazalar neçəyə satır, ona qarışa bilmərəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
784 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...