İkiqat Avropa çempionu MƏHKƏMƏ QARŞISINDA

İkiqat Avropa çempionu


İkiqat Avropa çempionu narkotikdə təqsirləndirilən Renad Əliyevin işi üzrə məhkəməsi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə istintaqı açıq elan edib. Söz dövlət ittihamçısına verilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

R. Əliyev ittiham üzrə özünü qəti təqsirli bilməyib və ifadə verib. O, ifadəsində ötən il sentyabrın 20-də dostları ilə kafedə oturduğu zaman saxlandığını deyib. R. Əliyev günahsız olduğunu bildirib. Proses aprelin 4-də davam etdiriləcək.

Qeyd edək ki, Renad Əliyev karatenin şotokan və vado ryu növləri üzrə ikiqat Avropa Çempionu, beynəlxalq dərəcəli hakim, Ümumdünya Şotokan Karate Federasiyasının Azərbaycandakı nümayəndəsidir. Renad Əliyev ötən il oktyabrın 18-də həbs olunub. Ona satış məqsədilə narkotik maddələri saxlamaq ittihamı irəli sürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
870 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...