Ayı şəkiliyə hücum etdi

Ayı şəkiliyə hücum etdi

Şəkidə 50 yaşlı kişini ayı dişləyib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün saat 14 radələrində rayonun Baş Zəyzid kəndində qeydə alınıb. Kənd sakini, 1967-ci il təvəllüdlü Məmməd Seyidməmməd oğlu Məmmədov sağ ayağının baldır nahiyəsindən aldığı xəsarətlə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub. Məlum olub ki, M. Məmmədov dağlıq ərazidə ayı hücumuna məruz qalıb. Ayı onun sağ ayağının baldır nahiyəsindən dişləyib.

Xəstəxanada M. Məmmədova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
695 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...