Azərbaycanda "Əmək" ordeni təsis edilib

Azərbaycanda "Əmək" ordeni təsis edilib

Azərbaycanda "Əmək" ordeni təsis edilib. Prezident İlham Əliyev Azərbaycan Respublikasının “Əmək” ordeninin təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Sənədə əsasən, "Əmək" ordeni ilə Azərbaycanın inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif ediləcəklər.

"Əmək" ordeni döşün sol tərəfinə, digər orden və medallar olduqda, "Vətənə xidmətə görə" ordenindən sonra taxılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
879 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...