Dondurma bazarı ciddi nəzarətə götürüldü

Dondurma bazarı ciddi nəzarətə götürüldü

Səhiyyə Nazirliyi dondurma və sərinləşdirici içkilər bazarına nəzarəti artırıb. Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər. Xəbərdə deyilir ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi dondurma və sərinləşdiriçi içki bazarında yoxlamalar aparır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna əsasən 4 dondurma istehsalı sahəsində və 6 sərinləşdirici içkilər istehsalı sahəsində yoxlamalar aparılıb.


Nazirlikdən deyiblər ki, sərinləşdirici içkilərin istehsal texnologiyasında sanitariya qaydalarının tələblərinə əməl olunmaqla hazırladıqda, eyni zamanda saxlanma temperaturuna yararlılıq müddətinə əməl olunduqda qida üçün yüksək təhlükə riski daşımır. Lakin bu məhsulları günəş şüası altında və ya isti havada uzun müddət saxladıqda keyfiyyətinin korlanmasına və içdikdə zərərli təsirlərə malik ola bilər.

Mövsüm ərzində dondurma istehsalı müəssisələrində sanitariya qayda və normalarının pozulması barədə müraciətlər olarsa qanunvericiliyə uyğun yoxlamalar həyata keçiriləcək.

Respublikanın baş dövlət sanitariya həkiminin müavini tərəfindən qəbul edilmiş 21 saylı 06.07.2006-cı il tarixli qərarla əhalinin kütləvi toplaşdığı ərazilərdə, park və meydanlarda, pərakəndə ticarət yerlərində açıq şəraitdə qazlaşdırılmış suların və sərinləşdirici içkilərin satışı qadağan edilib.

Açıq halda kvas satışı zamanı sanitariya qayda və normalarının ciddi pozulması hallarınıa yol verilməsi nəzərə alınaraq istehsal edilən açıq kvas məhsuluna gigiyenik sertifikatlar verilməyib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1141 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...