"Təyin olunmamışıq ki, bəziləri kimi qarnımızı şişirdək"

"Təyin olunmamışıq ki, bəziləri kimi qarnımızı şişirdək"

Azərbaycandakı bəzi məmurların özbaşınalıqları bir çox hallarda çərçivəyə sığmır. Hətta bu özbaşnalıq o həddə çatıb ki, onlar keflərinə düşən vaxtlarda rəhbəri olduqları dövlət qurumlarını tərk edərək, istədikləri yerə gedə bilirlər. Bunu xüsusilə rayonların İcra hakimiyyəti başçılarına aid etmək olar.

İcra başçılarının özləri bu haqda nə deyə bilərlər? Onların bu cür davranışının hansı hüquqi əsası var?

Modern.az saytı məsələ ylə əlaqədar Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevə müraciət edib.

Əhəd Abıyev sayta açıqlamasında bildirib ki, icra başçısı icazə olmadan bir saat belə, işlədiyi qurumun aparatını tərk edə bilməz: “Çünki Prezident Administrasiyasının bununla bağlı göstərişi var. Amma rayon daxilində kəndlərə getmək, sakinlərlə görüşmək lazımdır və bunun üçün icazə tələb olunmur. Mən özüm də mütəmadi olaraq ən ucqar kəndlərdə oluram, sakinlərlə görüşürəm. Sağ olsunlar, görüşəndə, kəndlərə gedəndə sakinlər bizi gözəl qarşılayır, süfrə də açırlar”.

Ə.Abıyev qeyd edib ki, icra başçısının iş vaxtı səhər saat 09:00-dan axşam saat 19:00-a kimidir: “Ancaq bir çox hallarda gecə yarıya kimi işdə qaldığım vaxtlar olub. Bu, bizim işimizdir və borcumuzdur. Biz bu vəzifəyə təyin olunmuşuq ki, rayona xidmət edək. Təyin olunmamışıq ki, bəziləri kimi qarnımızı şişirdək”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1301 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...