Sürücülərə şad xəbər

Sürücülərə şad xəbər


Qara Qarayev prospektinin bir hissəsi təmirdən sonra açılır. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən AzVision.az-a verilən məlumata görə, bu gün axşam saatlarında bir hissəsi bağlı olan Qara Qarayev prospektində avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunur.

Qeyd edək ki, təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 5-dən Qara Qarayev prospektinin Naxçıvanski küçəsi ilə kəsişməsindən ( “8-ci km. bazarı” ) Bəhruz Nuriyev küçəsi ilə kəsişməyədək olan hissəsində ( “Laçın” ticarət mərkəzi ) avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
847 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...