Ermənistanda yaşayış Azərbaycandan yüksəkdir – “Ekonomist”

Ermənistanda yaşayış Azərbaycandan yüksəkdir –
Ermənistanda yaşayış səviyyəsi Azərbaycandan yüksəkdir, lakin Gürcüstandan aşağıdır.

Axar.az xəbər verir ki, bu barədə “Ekonomist” nəşrinin 193 ölkənin daxil olduğu reytinqində qeyd olunub.

2023-cü ilin məlumatına görə, Gürcüstanda orta ömür uzunluğu 74,5 il, təhsil müəssisələrində orta təhsil müddəti 16,8 il, adambaşına düşən ümumi milli gəlir isə 20 753 dolları ötüb. Ölkə 57-ci yerdədir.

Orta ömür uzunluğu 75,7 il, təhsil müəssisələrində orta təhsil müddəti 14,4 il, adambaşına düşən ümumi milli gəlir 20 221 dollar olan Ermənistan isə siyahıda 69-cu yerdə göstərilib.

Nəşr Azərbaycanı 81-ci yerə salıb - baxmayaraq ki, bizdə adambaşına milli gəlir Ermənistandan yuxarıdır. Reytinqə əsasən, Azərbaycanda orta ömür uzunluğu 74,4 il, orta təhsil ili 12,9 il, adambaşına düşən ümumi milli gəlir isə 20 min 668 dollardır.

Reytinqdə Türkiyə 51, Rusiya 64, İran 75-ci yerdə göstərilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
53 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...