SOCAR qaz hasilatını 10%-dən çox azaldıb

SOCAR qaz hasilatını 10%-dən çox azaldıb


Bu ilin iyun ayında SOCAR tərəfindən 512 min kubmetr qaz hasil edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10,3% azdır. "APA-Economics" SOCAR-ın açıqladığı statistik rəqəmlərə istinadən xəbər verir ki, bu ilin may ayı ilə müqayisədə isə SOCAR iyun ayında qaz hasilatını 4,4% azaldıb.

Bu ilin yanvar-iyun aylarında dövlət neft şirkəti tərəfindən həyata keçirilən təbii qaz hasilatı 3 162,1 min kubmetrə bərabər olub ki, bu da 2015-ci ilin altı ayı ilə müqayisədə 6,2% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 543,1 min, fevral ayında 504,4 min, mart ayında isə 547,8 min, aprel ayında 519,2 min, may ayında isə 535,6 min kubmetr təbii qaz hasil edilib. Bu ilin iyun ayında bütün ölkə üzrə 2 472 min kubmetr qaz hasil edilib ki, bu da 2015-ci ilin eyni ayı ilə müqayisədə 6,2% çoxdur. Bu ilin may ayı ilə müqayisədə isə bu rəqəm 1,8% azdır. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 14 938 min kubmetr təbii qaz hasil olunub ki, bu da 2015-ci ilin altı ayı ilə müqayisədə 1,76% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 2 520 min, fevral ayında 2 368 min, mart ayında 2 583 min, aprel ayında 2 474,9 min, may ayında isə 2520,1 min kubmetr təbii qaz hasil edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
733 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...