​Azərbaycan klubu Türkiyədəki təlim-məşq toplanışını ləğv edib

​Azərbaycan klubu Türkiyədəki təlim-məşq toplanışını ləğv edib


Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə” klubu Türkiyənin Bolu bölgəsində nəzərdə tutulan təlim-məşq toplanışının ləğvinə qərar verib.

"Report"un məlumatına görə, klub rəhbərliyi Türkiyədəki vəziyyəti nəzərə alaraq, bu addımı atıb. Komanda hazırlığın növbəti mərhələsini də ölkə daxilində keçirəcək. Qeyd edək ki, "Zirə" yay hazırlıq prosesinin növbəti mərhələsini keçirmək üçün bu gün səhər Türkiyəyə yola düşməli idi. Ancaq qardaş ölkədə baş verən məlum hadisələrə görə "qartallar" səfərə çıxa bilməyib. Komandanın getməli olduğu reys də daxil olmaqla, Türkiyəyə həyata keçirilməli olan uçuşlar təxirə salınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
847 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...