AZAL Türkiyədə hərbi çevriliş cəhdi ilə bağlı təxirə salınan aviareysləri açıqlayıb

AZAL Türkiyədə hərbi çevriliş cəhdi ilə bağlı təxirə salınan aviareysləri açıqlayıb


“Azərbaycan Hava Yolları” QSC (AZAL) Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi ilə bağlı təxirə salınan aviareysləri açıqlayıb.

Bu barədə “APA-Economics”ə AZAL-dan məlumat verilib.

“Ötən gecə Türkiyədə baş verən hadisələr ilə əlaqədar olaraq AZAL-ın aşağıdakı reysləri təxirə salınıb:

J2-8103 (06:45) Bakı-İstanbul
J2-8075 (08:45) Bakı-İstanbul
J2-8003 (09:10) Bakı-Ankara

"Bu reyslərə aviabilet alan sərnişinlər aviabiletlərinin tarixini istədiyi tarixə pulsuz olaraq dəyişdirə və yaxud da heç bir tutulma olmadan qaytara bilərlər”, - deyə məlumatda bildirilir.

Bundan başqa, Türkiyə kurortlarına AZAL reyslərinin heç bir dəyişiklik olmadan cədvələ uyğun olaraq yerinə yetirildiyi bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
786 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...