““Aprel döyüşləri” zamanı həkimlər peşəkarlıq göstərib” - Nəcməddin Sadıkov
Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin şöbə rəisləri, hospitalların komandirləri, baş tibb mütəxəssisləri, Əlahiddə Ümumqoşun Ordu və birliklərin tibb xidməti rəisləri, təhsil müəsissələrinin cavabdeh zabitləri ilə 2016-cı ilin birinci yarımilliyinə həsr olunan toplantı keçirilib. Bu barədə Modern.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun iştirak ilə keçirilən toplantı dövlət himninin oxunması ilə başlanıb.
N.Sadıkov aprel ayında cəbhə bölgəsində aktiv döyüş əməliyyatları getdiyi dövrdə tibb xidmətinin fəaliyyətinin yüksək səviyyədə təşkil olunduğunu və bu sahədə həkimlərin peşəkarlığını xüsusi qeyd edib.
Ali Baş Komandan İlham Əliyevin orduya göstərdiyi etimadı doğrultmaq üçün tibb xidməti zabitlərinin də qarşısında mühüm vəzifələrin dayandığını vurğulayan N.Sadıkov müdafiə nazirinin müvafiq tövsiyələrini onların diqqətinə çatdırıb.
Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi tibb xidməti general-mayoru Natiq Əliyev tibb sahəsinə xüsusi diqqət ayırdığı və onların fəaliyyətini yüksək qiymətləndirdiyi üçün ordu rəhbərliyinə dərin təşəkkürünü bildirərək hesabat dövründə görülən işlər barədə geniş məruzə ilə çıxış edib.
Ötən yarım ilin yekunlarına həsr edilmiş toplantı tibb mütəxəsislərinin çıxışları və müzakirələrlə davam edib.
880 dəfə oxundu