Şəmkirdə güclü külək 10 kəndi işıqsız qoydu

Şəmkirdə güclü külək 10 kəndi işıqsız qoydu


Ötən gün axşam saatlarından Şəmkirdə başlayan güclü külək nəticəsində elektrik naqilləri sıradan çıxıb, 10 kəndə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

AzNews.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq rayonun dağ kəndlərinə güclü dolu yağıb.

Təxminən 10 dəqiqəyə yaxın davam edən dolunun diametri 3 sm-ə yaxın olub və xoşbəxtlikdən kənd sakinlərinə, evlərə, maşınlara ciddi ziyan dəyməyib. Rayon Fövqəladə Hallar Komissiyasından veirlən məlumata görə, küləyin təsiri nəticəsində elektrik enerjisinin verilməsində yaranan fasilələr aradan qaldırılıb və bütün kəndlərə elektrik enerjisinin verilməsi artıq bərpa olunub. Qeyd edək ki, bu il rayonun Çənlibel kəndinə bir neçə dəfə güclü dolu yağıb, təsərrüfatlara ciddi zərər dəyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
733 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...