Qonşular stabil olduqca, NATO üzvləri özünü daha təhlükəsiz hiss edəcək - Bəyənnamə

Qonşular stabil olduqca, NATO üzvləri özünü daha təhlükəsiz hiss edəcək -


NATO üzvləri Varşava sammitinin Transatlantik təhlükəsizlik bəyənnaməsini qəbul edib. APA-nın məlumatına görə, 13 bənddən ibarət bəyənnamə alyansın saytında yerləşdirilib və sammitdə iştirak edən ölkələrin dövlət və hökumət başçıları tərəfindən imzalanıb.

Sənəddə deyilir ki, bu gün alyansa üzv olan ölkələr təhlükəsizlik sahəsində bir sıra problemlərlə üzləşir, o cümlədən terrorizmdən əziyyət çəkir. Bəyənnamədə deyilir ki, Rusiyanın hərəkətləri, o cümlədən Ukraynaya qarşı aqressiyası, habelə yaxın Şərqdə və Şimali Afrikada qeyri-stabillik Avropa üçün çağırışdır. "Bu çağırışların öhdəsindən gəlmək, ərazilərimizi və əhalimizi qorumaq üçün biz koordinasiyalı şəkildə hərəkət etməliyik. NATO demokratiya, insan haqları, qanunun aliliyi kimi dəyərlərə əsaslanaraq, BMT-nin nizamnaməsinin prinsiplərinə uyğun şəkildə sülh və təhlükəsizliyin bərqərar olunması üçün fəaliyyətini davam etdirəcək", - sənəddə deyilir.

Bildirilir ki, alyans heç bir ölkə üçün təhlükə yaratmır və bu kontektsə Rusiya ilə konstruktiv dialoqa hazırdır: "Qonşularımız stabil olduqca, biz özümüzü daha təhlükəsiz hiss edəcəyik".

SAAT 17:28

Bakı - APA. NATO üzvləri Varşava sammitinin Transatlantik təhlükəsizlik bəyənnaməsini qəbul edib.

APA-nın məlumatına görə, bu barədə alyansın baş katibi Yens Stoltenberq keçirdiyi mətbuat konfransında deyib.

"Bu, bizim həmrəyliyimizi nümayiş etdirən olduqca ciddi siqnaldır. İndi cənub və şərqdən gələn çağırışlar qeyri-stabilliyin əsas mənbəyi olaraq qalır", - deyə baş katib qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
823 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...