İsmayıllıda sürüşmə – 7 ailə çadırlara köçürülüb

 İsmayıllıda sürüşmə –


“Basqal yolunda mayın 25-dən başlayan sürüşmə nəticəsində torpaq kütləsi Sərsurə kəndinə tərəf hərəkət edib. Nəticədə təhlükə ilə üzləşən 7 ailə ərazidən təxliyə olunub”. Bunu AzVision.az-a İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Rövşən Ağayev bildirib.

Onun sözlərinə görə, hazırda Sərsurə kəndində 7 ev təhlükə altındadır: “Evlərdə fəsadlar yaranıb, çatlar əmələ gəlib. Torpaq sürüşməsinə görə, 7 ailə təxliyə olunub və sakinlər təhlükəsiz əraziyə köçürülüblər. Ailələrə çadırlar verilib. Onların bəziləri qohumlarının, yaxınlarının evinə köçüb”.

İsmayıllıda leysan yağışlarının davam etdiyini deyən R.Ağayev bildirib ki, sürüşmə prosesi dayanmayanadək heç bir tədqiqat və qamza işləri aparılmayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
758 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...