NIKOIL | Bank-ın alpinistlərdən ibarət komandası Xızıda FOTOLAR

NIKOIL | Bank-ın alpinistlərdən ibarət komandası Xızıda


NIKOIL | Bank-ın alpinistlərdən ibarət komandası Xızıda təlim-məşq toplantısı keçirdilər.

NIKOIL | Bank alpinist klubu Azərbaycan Alpinizm Federasiyasının dəstəyi ilə dəfələrlə müntəzəm olaraq dağ idman yarışlarını təşkil edir. Bu dəfə isə növbəti hədəf Azərbaycanın səfalı güşələrindən olan Xızı rayonuna, daha dəqiq desək Dübrar dağına təlim-məşq toplantısı təşkil olunmuşdur.

Bu dəfəki yürüşün əsas fərqli cəhətlərindən biri də kluba bank əməkdaşlarından təşkil olunmuş yeni üzvlərin daxil olması idi. Yürüş bir o qədər də çətin olmasa da kluba yeni daxil olmuş əməkdaşlar üçün əhəmiyyətli təcrübə qazandırdı. 22 nəfər üzvdən ibarət komanda 04.06.2016-cı il saat 08:00 radələrində Bakıdan Xızıya istiqamət götürdü. Artıq 2 saatdan sonra təyin olunmuş məntəqəyə çatdılar.

Bir gün öncədən yağan güclü yağış öz təsirini göstərmişdir. Lakin çətinliklərə baxmayaraq komanda bütün heyəti ilə birlikdə təxminən 2.5 saata 6-7 km məsafəni qət edərək müəyyən edilmiş hədəfə müvəffəqiyyətlə çatdı. Ənənəvi olaraq Azərbaycan Respublikasının üçrəngli bayrağı və Bankın bayrağı ilə xatirə şəkili çəkdirdikdən sonra komanda üzvləri bazaya qayıtdılar. Saat 20 :00 radələrində komanda artıq Bakıya çatmışdı.

NIKOIL | Bank Azərbaycanda dağ idman yürüşlərinin təşkil olunmasında yaxından iştirak edir. İyul ayında komanda daha böyük heyət ilə Gürcüstan Respublikasının Gudairi rayonunda yerləşən hündürlüyü 3386 metr olan Muxadze (Gürcüstan, 3386 m.) zirvəsini yenidən fəth etməyi, avqust ayında isə Avropanın ən hündür zirvəsi olan Elbrus (RF, 5642 m.) zirvəsini fəth etməyi planlaşdırır.


NIKOIL | Bank-ın alpinistlərdən ibarət komandası Xızıda
NIKOIL | Bank-ın alpinistlərdən ibarət komandası Xızıda



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
934 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...