Bakıda avtomobil, Sabirabadda ev yanıb

Bakıda avtomobil, Sabirabadda ev yanıb


Bakıda və Sabirabadda yanğın hadisəsi baş verib.

Bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yer alıb. Məlumata görə, Bakının Xətai rayonunda vətəndaşa məxsus "Chevrolet" markalı minik avtomobilinin salon hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sabirabadda isə ev yanıb.

Belə ki, Sabirabad rayonu, Yolçubəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 3 otaqlı evin yanar konstruksiyaları 80 kv.m sahədə yanıb.

Yanğın zamanı evdə olan 2 ədəd boş və 1 ədəd dolu 50 litrlik məişət qaz balonu evdən çıxarılıb, partlayışın qarşısı alınıb. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
750 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...