Sabah Bakının bəzi hissələrində su olmayacaq

Sabah Bakının bəzi hissələrində su olmayacaq

Yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar Bakının Azadlıq prospekti və Cəfər Xəndan küçələrindən keçən su xətləri yenilənir. "Azərsu" ASC-ni Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar mayın 13-də saat 08:00-dan etibarən gün ərzində Azadlıq prospekti və Cəfər Xəndan küçələrinə içməli suyun verilməsində məhdudiyyət yaranacaq.

Xətai rayonu ərazisində magistral xətlərdə təmir-bərpa işlərinin aparılması ilə əlaqədar mayın 13-də saat 09:00-dan etibarən gün ərzində Babək prospekti boyu ərazilərə - Keşlə, NZS və UPD yaşayış sahələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
948 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...