Nərimanovda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Nərimanovda yerləşən Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rayon ərazisində yaşayan və xüsusi qayğıya ehtiyacı olan imkansız ailələrin uşaqları, həmçinin əqli cəhətdən zəif olan uşaqlar üçün bayram tədbiri keçirilib. GUNDEMİNFO.AZ-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini İradə Mahmudova burada təhsil alan uşaqları əlamətdar gün münasibətilə təbrik eddib.
Qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə əsaslı təmir olunmuş Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin, onun nəzdində fəaliyyət göstərən musiqi məktəbinin, Zərifə Əliyeva adına uşaq bağçasının, 6 saylı uşaq poliklinikasının, “Ankara” məktəbinin, Psixonevroloji uşaq evinin yeni tikilən korpusunun, yeni inşa olunmuş Respublika Talassemiya Mərkəzinin və Məktəb Kompleksinin açılışları Mehriban xanım Əliyevanın xüsusi qayğı və diqqətə ehtiyacı olan uşaqlara məhəbbətinin və qayğısının bariz nümunəsidir.
Bayram tədbiri incəsənət ustalarının ifaları və uşaq yaradıcılıq qruplarının nümayiş etdirdiyi maraqlı bədii kompozisiyalarla davam etdirilib. Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib.
1243 dəfə oxundu