“Düşmənin ön xətdəki bütün atəş nöqtələri məhv ediləcək” - Müdafiə Nazirliyi

“Düşmənin ön xətdəki bütün atəş nöqtələri məhv ediləcək” -


Son üç gecə ərzində Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən təmas xəttinə yaxın yaşayış məntəqələrini mütəmadi olaraq atəşə tutub.

GUNDEMİNFO.AZ yazır ki, APA TV-nin məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı aprelin 29-da cəbhəboyu zonada səfərdə olan yerli və xarici jurnalistlərə müsahibəsində deyib.

V.Dərgahlı bildirib ki, atəş əsasən minaatanlardan, haubitsalardan, “BM-21” tipli yaylım atəşi sistemlərindən həyata keçirilib. Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən verilən tapşırığa əsasən, ön xətdə yerləşən hərbi qüvvələrimiz düşmənin bütün atəş nöqtələrinin susdurulması üçün qətiyyətli cavab tədbirləri görür:

“Eyni zamanda, tapşırıq verilib ki, silahlı qüvvələrimiz heç bir vəchlə düşmənin yaşayış məntəqələrini, onların mülki əhalisini yox, ancaq düşmənin atəş nöqtələrini susdurmaq məqsədilə cavab zərbələri endirməlidir”.

Müdafiə Nazirliyinin rəsmisi bəyane dib ki, bu tədbirlər mütəmadi olaraq həyata keçiriləcək və düşmənin ön xətdə olan bütün atəş nöqtələri məhv ediləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
794 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...