Uydurma “DQR” bayrağının “Eurovision”un keçiriləcəyi zala gətirilməsi qadağan olunub

Uydurma “DQR” bayrağının “Eurovision”un keçiriləcəyi zala gətirilməsi qadağan olunub


“Eurovision” beynəlxalq mahnı müsabiqəsinin təşkilatçıları bu ilin bayraq siyasətini açıqlayıblar. APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, Avropa Yayımçılar İttifaqı müsabiqənin yarımfinal və finalının keçiriləcəyi zallara gətirilməsi qadağan olunan bayraqların siyahısını açıqlayıb.

Siyahıya İspaniyanın basklar yaşadığı bölgə, Kosovo, Krım, Fələstin və qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayraqları yer alıb. Qeyd edən ki, “Eurovision-2016” müsabiqəsinin yarımfinal və final mərhələsi mayın əvvəlində İsveçdə keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
886 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...