Qubada sel: bəzi kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsildi - VİDEO

Qubada sel: bəzi kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsildi -

Şimal bölgəsinə yağan yağışlar Quba rayonunda ciddi fəsadlarla törədib. ANS TV-nin hazırda Qubanın dağ kəndi Xanəgahda olduğunu deyən müxbiri bildirib ki, dağlardan gələn güclü sel və ərazidə müşahidə olunan intensiv leysan yağışları Cağacuğ çayında suyun səviyyəsinin artmasına səbəb olub.

“Çayda suyun səviyyəsinin artması yolun dağılmasına və bir qədər yuxarıda yerləşən kəndlərin - yuxarı Xanəgah, Zıxır, Girdah kəndlərinin rayon mərkəzi ilə əlaqəsinin tamamilə kəsilməsinə səbəb olub. Quba icra başçısının əmri ilə əraziyə texnika göndərildiyi deyilsə də, hələ ki ərazidə heç bir texnika görünmür. Rayon Fövqalədə Hallar Komissiyasından isə selin vurduğu fəsadın tezliklə aradn qaldırılacağı bildirilib”, - deyə müxbir son məlumatları çatdırıb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
958 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...