Sovetskidəki tarixi hamam sökülür?

Sovetskidəki tarixi hamam sökülür?


Sosial şəbəkələrdə Bakının Sovetski məhəlləsində, Dilarə Əliyeva 114 ünvanında yerləşən 19-cu əsrə aid “Fantaziya” hamamının söküləcəyi barədə məlumat yayılıb. Axar.az xəbər verir ki, Bakı sakinləri Feysbukda event yaradaraq hamamın sökülməsinə etiraz ediblər.

Yasamal Rayon İcra Hakimiyyətində Sovetski məhəlləsinin köçürülməsi ilə bağlı yaradılmış Köçürmə Komissiyasının üzvü, Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdiri Şahin Məmmədov bu barədə dəqiq məlumatının olmadığını bildirdi: “Bu, tarixi-memarlıq abidəsidir. Ərazidə olan mədəniyyət abidələrinin taleyini nazirlik həll edir. Sözügedən məsələ ilə bağlı dəqiq məlumatımız yoxdur”.

Mədəniyyət və Turizm Nazirliyindən isə bildirdilər ki, yayılan informasiyalar yanlışdır və sözügedən hamamın söküntüsü nəzərdə tutulmur. Qeyd edək ki, “Fantaziya” hamamı 1897-ci il yanvarın 13-də istifadəyə verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1579 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...