"WizzAir" Bakıya reyslərə başlayır

"WizzAir" Bakıya reyslərə başlayır


Budapeştdən Bakıya aviareyslərin bərpa edilməsi macarlara Azərbaycanı yeni turzim istiqaməti kimi kəşf etməyə imkan verəcək.

Vİrtualaz.org «Trend» agentliyinə istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan aviaşirkətin baş direktoru Cozef Varadi deyib.

«WizzAir» şirkəti Budapeşt-Bakı marşrutu üzrə aviauçuşlara martın 27-dən başlayacaq. Reyslər həftədə iki dəfə, çərşənbə və bazar günləri olmaqla həyata keçiriləcək. Biletin qiyməti 59,99 avrodan başlayacaq. Qeyd edək ki, bi qiymətə biletlərin sayı cəmi 20-dir. Yerdə qalan biletlərin qyməti bir tərəfə 75-80 avro arasında dəyişir.

C.Varadinin sözlərinə görə, Budapeşt də Azərbaycan sakinləri üçün Avropaya "sərfəli" qapı ola bilər: "Bakıdan Budapeştə biletin qiyməti 100 manatdan azdır, Budapeştdən Londona da biletin qiyməti 100 manatdan aşağıdır. Beləliklə Bakıdan Londana uçuş 200 manatdan az qiymətə başa gələcək".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
760 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...