Azərbaycanda 1185 narkoman məcburi müalicəyə cəlb edilib

Azərbaycanda 1185 narkoman məcburi müalicəyə cəlb edilib


Ötən il Azərbaycanda 1185 nəfər narkotik istifadəçisi məcburi müalicəyə cəlb edilib. Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bu şəxslərin çoxu məhkumlardır. Onların məcburi müalicəyə cəlb olunması barədə qərar məhkəmə tərəfindən verilib.

Azərbaycan qanunvericliyinə əsasən, cinayət törətmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər müəyyən edilmiş qaydada məcburi müalicə olunurlar. Lakin cinayət törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər vurmuş, uşaqların tərbiyəsinə mənfi təsir etmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində də Azərbaycanın qanunvericiliyinə uyğun olaraq məcburi tibbi tədbirlər həyata keçirilir.

Qeyd edək ki, hazırda Azərbaycanda rəsmi qeydiyyata götürülən narkotik istifadəçilərinin sayı 28 555-dir. 2015-ci ildə ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata alınanların sayı 2017 nəfər olub. Ümumilikdə narkotik istifadəçiləri arasında 30-39 yaş arası insanlar üstünlük təşkil edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1024 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...