Malayziyada əcnəbi işçi olmayacaq

Malayziyada əcnəbi işçi olmayacaq


Malayziya hökuməti ölkədə xarici işçi qüvvəsinin çalışmasına qadağa tətbiq edib. Trend TASS-a istinadən xəbər verir ki, qadağa bütün ölkələrdən gələn işçi qüvvəsinə şamil ediləcək.

Malayziya Baş nazirinin müavini Əhməd Zahid Həmidi deyib ki, qəbul olunmuş qadağa müddətli xarakter daşıyır: "İqtisadiyyatımızın qastarbayterlərə tələbatını aydınlaşdırandan sonra qadağa qüvvəsini itirəcək".

Ə.Z.Həmidinin sözlərinə görə, bundan sonra ölkəyə qanunsuz yollarla daxil olan işçi qüvvəsi ilə kəskin mübarizə aparılacaq: "Qeyri-qanuni gələn qastarbayterlər həbs ediləcək, cərimələnəcək və deportasiya olunacaq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
899 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...