Azərbaycandan Dağıstana 400-ə yaxın tutuquşu keçirilməsinin qarşısı alınıb

Azərbaycandan Dağıstana 400-ə yaxın tutuquşu keçirilməsinin qarşısı alınıb


Rusiya-Azərbaycan sərhədinin Yaraq-Qazmalar buraxılış məntəqəsində 380 ədəd baytarlıq sənədi olmayan tutuquşunun Dağıstan ərazisinə keçirilməsinin qarşısı alınıb.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Dağıstan Respublikası üzrə mətbuat xidməti məlumat yayıb.

Xidmət müfəttişləri yükün daşınması zamanı baytarlıq-sanitar qaydalarının pozulmasına dair akt tərtib ediblər. Quşlar Azərbaycan Respublikası ərazisinə geri qaytarılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
919 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...