Avropa Məhkəməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin müraciətinə baxmaqdan imtina edib

Avropa Məhkəməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin müraciətinə baxmaqdan imtina edib


“Avropa İnsan Hüquqları Məhkəməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin müraciətinə baxmaqdan imtina edib”.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Azərbaycan Prezident Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov Milli Məclisdə keçirilən “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” adlı tədbirdə deyib.

PA rəsmisi bildirib ki, Avropa Məhkəməsi hüquqdan uzaqlaşaraq siyasi quruma çevrilir. Qurum müstəqil məhkəmə xüsusiyyətini itirməkdədir: "Avropa Məhkəməsi ildən artıqdır ki, öz torpaqlarında erməni quldurları tərəfindən qanunsuz girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin işinə baxmır və işə baxmaqdan imtina edib. Şahbaz Quliyev və Dilqəm Əsgərovun ailəsi tərəfindən 2014-cü ildə Avropa Məhkəməsinə müraciət edilib. Onların müraciətində Avropa Konvensiyasının əlavə protokolunun 11 maddəsinin pozulduğu iddia edilib və burada kifayət qədər tutarlı sübutlar əks olunub. Müraciətdə isə Avropa Məhkəməsində baxılması üçün presedent yaradan faktlara istinad edilib. Ancaq Avropa Məhkəməsi həmin müraciətə presedent qaydada baxmaqdan imtina edib. Bu da Avropa Məhkəməsinin qeyri-obyektivliyini göstərir”.

C.Əsgərov onu da əlavə edib ki, məsələ ilə bağlı Azərbaycan hökuməti Avropa Məhkəməsinə müraciət etsə də, bu günə kimi münasib cavab ala bilməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
895 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...