Prezident İlham Əliyev “Gəncəçay” park-bulvar kompleksi ilə tanış olub

Prezident İlham Əliyev “Gəncəçay” park-bulvar kompleksi ilə tanış olub


Azərbaycan prezidenti İlham Əliyev Gəncəçay çayı boyunca yaradılan park-bulvar kompleksi ilə tanış olub.
APA-nın məlumatına görə, bulvar kompleksinin uzunluğu 1,2 kilometrdir.


Dövlət başçısına məlumat verilib ki, inşasına 2014-cü ildə başlanılan və ümumi sahəsi 34 hektar olan bu kompleksdə istirahət üçün hərtərəfli şərait yaradılıb, geniş işıqlandırma işləri görülüb, 15 fəvvarə və müxtəlif kompozisiyalı 10 heykəl quraşdırılıb. Bulvarda Bayraq Meydanı, “Əli və Nino” kompleksi, Mətbuat evi, Kitab evi, Uşaq Əyləncə və Ticarət Mərkəzi, altımərtəbəli və yeddimərtəbəli üç yaşayış binası, üç kafe, restoran və kinoteatr, açıq havada attraksionlar və digər sosial obyektlər inşa edilib. Burada 1,7 kilometr uzunluğunda velosiped yolu və iki velosiped dayanacağı inşa edilib, böyük monitor quraşdırılıb.

Bulvarın yuxarı hissəsindən keçən Azərbaycan Bayrağı küçəsi abadlaşdırılıb, 1,5 hektar ərazidə avtomobillər üçün dayanacaq inşa edilib. Bulvara yaxın ərazidə yerləşən üç yaşayış binası əsaslı təmir olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
871 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...