Vergilər naziri yeznəsinə yeni vəzifə verib

Vergilər naziri yeznəsinə yeni vəzifə verib


Vergilər Nazirliyində aparılan kadr dəyişikliyi nəticəsində nazir Fazil Məmmədovun 13 müşavirinin sayı 7-yə endirilib. Müşavirlikdən azad olunan şəxslər digər vəzifələrə təyinat alıblar. GUNDEMİNFO.AZ-ın azvision.az-a istinadən xəbərinə görə, nazirin müşaviri vəzifəsindən azad olunan Namiq Quliyev Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin birinci müavini təyin edilib. Bununla da müavinlərin sayı 3-ə çatıb.

Qeyd edək ki, Namiq Quliyev nazir Fazil Məmmədovun bacısının həyat yoldaşıdır. N.Quliyev müşavir təyin olunmamışdan öncə də Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin birinci müavini vəzifəsində çalışıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1169 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...