Neft 20 dollaradək ucuzlaşacaq - Goldman Sachs

Neft 20 dollaradək ucuzlaşacaq -


ABŞ-ın “Goldman Sachs” sərmayə bankının xammal bazarları üzrə ekspertlər qrupunun rəhbəri Ceff Karri dünya bazarında neftin ucuzlaşmasının hələlik başa çatmadığını və qiymətin bundan sonra da aşağı düşəcəyini hesab edir.

Onun fikrincə, anbarlarda neftin həddindən artıq toplanılması ucuzlaşmanın davam etməsinə səbəb olacaq: “Belə olan halda neftin qiyməti nəinki qalxmayacaq, əksinə, daha sürətlə enərək bir barelə görə 20 dollara çatacaq. Anbarlarda neft həddindən artıq toplanıldıqda, siz onu artıq maya dəyərindən aşağı qiymətə satmağa məcbur olacaqsınız, çünki ona tələbat az olacaq”, - deyə Karri fikrini bölüşüb.

Qeyd edək ki, bundan əvvəl Beynəlxalq Enerji Agentliyi 2016-cı il üçün proqnozunda dünyada neftə olan tələbatın gündəlik həcmini 95,6 mln barelədək azaldıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
888 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...