ABŞ-də səhm birjasının çökməsi Neft Fonduna necə təsir edəcək?
Xəbər verdiyimiz kimi, ötən gün ABŞ-də səhm bazarında ciddi enişlər müşahidə olunub.
Yeniavaz.com xəbər verir ki, ABŞ-nin əksər aparıcı şirkətlərinin səhmlərinin dəyəri bir gün ərzində ucuzlaşıb.
Məlumat üçün bildirək ki, ABŞ şirkətlərinin səhmlərinə sahib olan investorlar arasında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) da var.
Neft Fondundan təxminən bir ay əvvəl verilən məlumatda bildirilib ki, Fondun səhm portfelinə “MSCI World” indeksi üzrə 23 inkişaf etmiş ölkənin 11 sektoru üzrə 1 395 şirkətinin səhmləri daxildir.
Daha əvvəl verilən açıqlamalarda qeyd olunub ki, Neft Fondu ABŞ-nin nəhəng şirkətlərindən olan “Microsoft”un 494 milyon dollar, “Apple”ın 419 milyon dollar, “NVIDIA”nın 169 milyon dollar, “Amazon”nun 279 milyon dollar, “Alfabet”in (“Google”) 258 milyon dollar,“Meta”nın 179 milyon dollar, “Tesla”nın 84 milyon dollar, “İntel”in isə 31 milyon dollar dəyərində səhmlərinə sahib olub.
Onu da bildirək ki, ötən gün adlarını qeyd etdiyimiz bu şirkətlərin – “Microsoft”un səhmləri 3,4%, “Apple”in səhmləri 5,2%, “NVIDIA”nın səhmləri 4,8%, “Amazon”nun səhmləri 2%, “Alfabet”in səhmləri 4,7%, “Meta”nın səhmləri 4%, “Tesla”nın səhmləri 13,5%, “İntel”in səhmləri isə 2,2% ucuzlaşıb.
Açıqlanan məlumatlardan da göründüyü kimi, son bir gündə Neft Fondunun səhm portfelində milyonlarla dollar azalma baş verib.
77 dəfə oxundu