"İslahatlar çərçivəsində nə qərar qəbul olunacaqsa, tabe olacağıq" - Məleykə Abbaszadə

"İslahatlar çərçivəsində nə qərar qəbul olunacaqsa, tabe olacağıq" -


“Ölkədə struktur islahatları aparılır. Bu prosesdə nə qərar olacaqsa, biz də tabe olacağıq”.

APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə TQDK və Təhsil Nazirliyinin birləşməsi barədə məlumatlara münasibət bildirərkən deyib.

O bildirib ki, bununla bağlı yuxarı orqanlardan onlara hələlik hər hansı məlumat daxil olmayıb: “İslahatlar çərçivəsində nə qərar qəbul olunacaqsa, biz də tabe olacağıq. Mən üzümü abituriyentlərə, valideynlərə tuturam: Hər hansı qərar qəbul olunacağı təqdirdə belə sizin bilikləriniz düzgün və obyektiv aparılacaq. Heç bir dəyişiklik sizə təsir göstərməyəcək. Prezident İlham Əliyevin siyasəti insanları qorumaqdır. Heç kimin 11 il əziyyət çəkən uşaqlara zərbə vurmaq fikri yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
873 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...