Gömrükdən “monopoliya bundan yaxşı idi” iddiasına -

Gömrükdən “monopoliya bundan yaxşı idi” iddiasına -


Ötən gün Milli Məclisin yaz sessiyasının ilk iclasında millət vəkili Musa Quliyev sahibkarların mallarının bir aydır gömrük məntəqələrində saxlanılması ilə bağlı maraqlı çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, M. Quliyev bildirib ki, İran, Türkiyədən və Çindən mal gətirən sahibkarlar 36 faizlik gömrük rüsumunu ödəyə bilmirlər: “Onların malları 1 aydır ki, gömrükdə saxlanılıb. Sahibkarlar az qala monopoliyanın bərpa olunmasını istəyirlər. Deyirlər ki, heç olmasa əvvəllər monopolistlərlə dil tapa bilirdilər”- deyə vurğulayıb.

“Qafqazinfo” millət vəkilinin çıxışı ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Natiq Axundovla əlaqə saxlayıb. O bildirib ki, heç bir sərhəd gömrük keçid məntəqələrində, anbarlarda, postlarda, rəsmiləşdirilməmiş mülk qalmayıb: “Son bir ay ərzində bütün mallar rəsmiləşdirilib. 36 faizlik rüsum məsələsinə gəlincə isə, bu dövlətin tətbiq etdiyi rüsumdur. Malların keçirilməsi zamanı sahibkarlar dövlətin qoyduğu rüsumu ödəməlidirlər. Biz icraedici orqanıq. Rüsumun bu qədər olmasının bizə aidiyyatı yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1046 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...