Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var ARDNF

 Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var


Neft Fondunun icraçı direktoru ilə Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti arasında görüş keçirilib

Fonddan APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə xarici və daxili mediada gedən məlumata aydınlıq gətirilib, Azərbaycan hökumətinin beynəlxalq maliyyə qurumları ilə hər hansı təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar apardığı barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi bildirilib.

Azərbaycanın kifayət qədər valyuta ehtiyatlarının olması və ölkənin makro-iqtisadi vəziyyətinin sabit və dayanıqlı olduğu vurğulanıb.


Eyni zamanda görüşdə tərəflər arasında Azərbaycan prezidenti tərəfindən irəli sürülmüş iqtisadi strategiya çərçivəsində Azərbaycanın yeni iqtisadi inkişaf modelinə keçidi və bu sahədə Azərbaycanla BVF arasında əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında müzakirələr aparılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
931 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...